Rütte: "NATO bu il Ukraynaya 60 milyard dollar hərbi yardım verəcək"

media-hightechnic-468x90

NATO Avropa İttifaqının (Aİ) kreditinə əlavə olaraq Ukraynaya 60 milyard dollar hərbi yardım verəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Berlində Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasının əvvəlində bildirib.

Qeyd olunub ki, NATO dövlətlərindən vəsaitlər artıq 2026-cı ildə daxil olacaq.

Rüttenin sözlərinə görə, maliyyələşdirmədə prioritet hava hücumundan müdafiəyə, dronlara və uzaqmənzilli döyüş sursatlarına veriləcək.

Baş katib həmçinin üzv dövlətlər tərəfindən Ukraynaya dəstək xərclərinin qeyri-mütənasib bölüşdürülməsinə diqqət yetirib.

“Bu, həqiqətən də problemdir: çox az ölkə həddindən artıq böyük yük daşıyır və biz bu məsələni həll etməliyik. Ukraynanın mübarizəsinə dəstək heç vaxt olmadığı qədər vacibdir”, – Rütte qeyd edib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05