!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"S-400"lər Türkiyənin hərbi qüdrəti ilə yanaşı, siyasi gücünü də artıracaq" – Azərbaycanlı polkovnik

!Reklam – Yazi

“ABŞ və Avropadakı müttəfiqləri inanmırdılar ki, Türkiyə mövqeyində bu qədər qətiyyət göstərəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin Rusiya ilə bağladığı müqavilə çərçivəsində, S-400 hava hücumundan müdafiə sistemlərinin yaxın günlərdə qardaş ölkəyə gətiriləcəyi haqda xəbəri şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Hərbi ekspert Türkiyənin Rusiyadan S-400 raket komplekslərini alması səbəblərinə toxunaraq bildirib ki, bu məsələ, ABŞ-ın hava hücumundan müdafiə sistemlərini Türkiyəyə müəyyən şərtlər daxilində vermək qərarından sonra aktuallaşdı:

“Nəticədə Türkiyə, Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına təşəbbüs göstərdi və bu istiqamətdə aparılan ikitərəfli danışıqlar müsbət nəticələndi. Bildiyiniz kimi, artıq bu sistemlər Türkiyəyə gətirilmək ərəfəsindədir. Lakin, bunu da nəzərə almaq lazımdır ki, “S-400”lərin alınması hərbi əhəmiyyət daşıdığı qədər də, siyasi önəm kəsb edən məsələdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu addımı atmaqla dünyaya, ilk növbədə də ABŞ-a göstərdi ki, ölkəsi müstəqil dövlətdir, onunla başqa dildə danışmaq olmaz. Türkiyə özünün müəyyənləşdirdiyi kurs üzrə siyasət yürüdür və qərarlarını yalnız öz iradəsi əsasında qəbul edir. Əgər Türkiyənin maraqlarına təhdid vəziyyəti yaranarsa, qardaş ölkə öz mənafelərini müdafiə etmək üçün, tələb olunan bütün tədbirləri həyata keçirməyə qadirdir. Bu mənada “S-400”lərin alınması vacib qərar idi”.

Polkovnikin sözlərinə görə, S-400 raket kompleklərinin əldə olunması, Türkiyənin hava hücumundan müdafiə sistemini xeyli gücləndirəcək:

“Bu addımın hərbi əhəmiyyəti nə qədər böyük olsa da, anlaşmanın siyasi önəmi daha çox qabarır. Yəni, Türkiyə “S-400”lərin alınması məsələsində sona kimi qətiyyətlə davranaraq, Qərbə, xüsusilə də ABŞ-a göstərdi ki, siz bizim maraqlarımızı nəzərə almasanız, çəkinmədən alternativ silah satıcılarına üz tuta bilərik.

Demək istədilər ki, bizimlə hesablaşmaq, bərabər hüquq əsasında danışmaq lazımdır, biz sizin nökəriniz deyilik. Hətta ABŞ və Avropadakı müttəfiqləri inanmırdılar ki, Türkiyə mövqeyində bu qədər qətiyyət göstərəcək”.

Ramaldanov əlavə edib ki, Türkiyə S-400 raket komplekslərindən sonra, Rusiyanın yeni nəsil hərbi təyyarələrinə də ciddi maraq göstərməkdədir:

“Əgər ABŞ yeni nəsil hərbi təyyarələrini Türkiyəyə yenə də müəyyən şərtlər əsasında vermək qərarını dəyişməsə, Ankara həmin təyyarələri Rusiyadan almağa cəhd göstərəcək. Burada söhbət Rusiya istehsalı olan ən müasir SU-57 təyyarələrindən gedir. “SU-57”lər ABŞ-ın yeni nəsil hərbi təyyarələrindən heç də geri qalmır”.

Səxavət Məmməd

www.yenicag.az

4060
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv