Saakaşvili ilə Gürcüstan prezidenti gizlicə görüşüb

media-hightechnic-468x90

1361796724_1331110451_saakasvili_az_c“Gürcüstanın hazırkı prezidenti Georgi Marqvelaşvili Kiyevdə səfərdə olarkən sabiq prezident Mixail Saakaşvili ilə görüşüb”.

Yenicag.az apa-ya istinadən bildirir ki, bunu “Vəkillər və hüquqşünaslar Beynəlxalq Observatoriyası” adlı qeyri-hökumət təşkilatının rəhbəri Qriqori Qaqnidze deyib.

Görüşün bir neçə dəqiqə davam etdiyini deyən Q. Qaqnidze hazırkı prezidentin sabiq prezidentlə hansı məsələləri müzakirə etdiyini bilmədiyini söyləyib: “Görüş təntənəli mərasim zamanı baş tutub. Bunu mənə daim Saakaşvilinin yanında olan ukraynalı jurnalist deyib”.

Q. Qaqnidze ehtimal edib ki, qısamüddətli görüş zamanı Marqvelaşvili sabiq prezidentə parlament çoxluğuna qarşı mübarizə aparmaq niyyətində olduğunu bildirib.

Marqvelaşvili-Saakaşvili görüşünün Gürcüstanda böyük ajiotaja səbəb olacağı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600