Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tbilisinin keçmiş meri Gigi Uqulavanın “qanunsuz həbs”dən azad olunmasını alqışlayıb və xalqla görüşmək üçün ona dərhal Gürcüstana gəlmək hüququnun verilməsini tələb edib.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsində yazıb.
“Mən şadam ki, o (Uqulava) Milad bayramını öz uşaqları və dostları ilə qeyd edəcək… biz ondan digər siyasi məhbusların dərhal azad olunmasını və mənə dərhal xalqla görüşmək və yanvarın 20-də “Vahid Milli Hərəkat”ın qurultayında iştirak etmək üçün Gürcüstana gəlmək hüququnun verilməsini tələb etməliyik”, – deyə M.Saakaşvili qeyd edib.
Yeniçağ.Az
www.yenicag.az