!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saakaşvilidən “Vaqner” barədə açıqlama

!Reklam – Yazi

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili “Vaqner” “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, M. Saakaşvili bunu twiter hesabında paylaşıb.

O, dünənki hadisələrin Rusiya Prezidenti Vladimir Putini xeyli zəiflətdiyini deyib:

“Bu, Ukraynanın qələbəsini daha da yaxınlaşdırıb. Çünki hazırkı hadisələr Vladimir Putini xeyli zəiflədib”.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib. Şirkətin bölmələri artır Rostovu tərk edib.

COP29

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv