Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlandı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Fətəlikənd kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, obyektin icarədarı O.Kikinadze və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

www.yenicag.az

145
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100