Saatlıda qətl hadisəsi – Qonşusunu öldürdü

Saatlıda qətl törədilib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakini, 1965–ci il təvəllüdlü Qardaşov Paşa Tofiq oğlu qonşusu tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.

Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Əliyev Fariz Sahib oğlu saxlanılıb.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.