Sabah 8 dərəcə şaxta olacaq
Abşeron yarımadasında soyuq, diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yaradacaq
Noyabrın 25-də Bakı və Abşeron yarımadasında soyuq, arabir yağıntılı hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz mənfi 2 dərəcədən şaxtadan 3 dərəcəyədək isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərazində Abşeron yarımadasında soyuq, diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.