Sabah Azərbaycana dolu düşəcək
İyunun 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 24-27 dərəcə isti olacaq.
Çimərliklərdə dəniz suyunun temperaturu 18-21 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlıq və dağətəyi rayonlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq