Sabah dəhşətli isti gözlənilir

media-hightechnic-468x90

hava istiSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Yenicag.az xəbər verir ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 26-31 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 32-37, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir. İyulun 09-10-da gündüz saatlarında isti temperatur diskomfortu və havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsizdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600