Sabah hava necə olacaq?

media-hightechnic-468x90

4c7afe256190ab84bf546b1d29e92f5eDağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq

Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 7-10, gündüz 11-13 dərəcə isti olacaq.

Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 85-95% təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 9-13 isti, dağlarda gecə 3 şaxtadan 2-dək isti, gündüz 2-7 isti olacağı gözlənilir(APA).

media-ziraat-728x90

Sabah hava necə olacaq?

media-hightechnic-468x90

eb32e836296d16501ca4353397797debTemperatur tədricən yüksələcək

Azərbaycan ərazisində müşahidə olunan yağışlı və qeyri-sabit hava şəraiti sabahdan etibarən mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında deyib ki, Bakı və Abşeron yarımadasında müşahidə olunan yağışların axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Axşam havanın temperaturu 5 dərəcəyədək yüksələcək. Martın 24 və 25-də isə havanın temperaturunun yüksələrək gündüz saatlarında 8-12 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə martın 25-i gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Martın 26-da tədricən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarında 8-13, dağlıq ərazilərdə 3-8 dərəcəyədək yüksələcək.

Sabahın hava proqnozuna gəlincə, martın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 şaxta, gündüz 1-6 dərəcə isti olacaq(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600