!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah hava necə olacaq?

!Reklam – Yazi

aea80949be14771f3cce6d368116a178Sabah bəzi yerlərdə qısamüddətli yağış yağacaq, Bakıda 26-30 dərəcə isti olacaq

Sentyabrın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində hava əsasən yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 26-30 dərəcə isti olacaq.

Bölgələrdə də hava gün ərzində əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 27-31, dağlıq ərazilərdə gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv