Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabah paytaxtda bağlı olacaq küçələr - AÇIQLAMA

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı sabah paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, sabah səhər saatlarından 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar keçiriləcək mərasim bitənədək Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq:

“Belə ki, paytaxtın Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə, Şövqiyar Abdullayev küçəsinin Parlament prospekti ilə kəsişməsindən bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”.

“Sürücülərə bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ictimai nəqliyyata üstünlük vermələrini tövsiyə edirik. Eyni zamanda Şəhidlər Xiyabanını ziyarət edəcək şəxslərin Parlament prospekti ilə hərəkəti tənzimlənəcək. Sosial məsafə gözlənilməklə ziyarətçilər beş nəfərlik qruplar halında parlament prospektinə buraxılacaqlar”-, deyə V.Əsədov qeyd edib.

Loading...

www.yenicag.az

155