Sabah Suraxanıda qaz olmayacaq

media-hightechnic-468x90

Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə fevralın 22-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600