Sabah yağıntılı hava gözlənilir

media-hightechnic-468x90

77199Martın 22-də Azərbaycanda qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə ediləcək.

Yenicag.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gün ərzində fasilələrlə yağış yağacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 22-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600