Sentyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-31° isti, Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.
Sentyabrın 11-i gündüzdən 12-si səhərədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.