Valideyn-övlad MÜNASİBƏTLƏRİ: "Gənclərə nə ötürürüksə, BUMERANQ KİMİ BİZƏ QAYIDIR"

media-hightechnic-468x90

Son dövrlərdə övladların valideynlərinə qarşı aqressiv davranışlar göstərməsi, qəddarlıq və hətta cinayət hallarının artması cəmiyyətin üzləşdiyi ən ciddi sosial problemlərdən birinə çevrilib. Bu cür dəhşətli hadisələr həm ailə daxilində, həm də ümumilikdə cəmiyyətdə dərin narahatlıq doğurur.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən sosioloq  Üzeyir Şəfiyev bildirib ki, bu proseslərin kökündə bir sıra sosial və psixoloji amillər dayanır:

media-1725542017_uzeyir-sefiyev-sosioloq

 “Biz yeniyetmə və gənclərə nə ötürürüksə, onu da bumeranq effekti ilə özümüzə qazanırıq”.

Sosioloqun sözlərinə görə, son illərdə bu tip hadisələrin artmasında sosial şəbəkə reallığı və informasiyanın əlçatanlığının genişlənməsi mühüm rol oynayır:

 “Valideyninə qıymış övladların hərəkətləri müxtəlif səbəblər və motivlər üzərində formalaşır. Bəzən valideynlər övladlarını həddindən artıq təzyiq altında saxlayır, yaş psixologiyasını nəzərə almırlar. Belə vəziyyətlərdə övladın valideynə qarşı aqressiyası yarana bilər”.

Üzeyir Şəfiyev qeyd edib ki, bəzi hallarda analar və ya atalar tərəfindən övladların kənarlaşdırılması, çıxdaş edilməsi də ağır nəticələrə yol açır:

 “Qısqanclıq zəminində valideynlərinə qarşı zorakılıq törədən övladlar da olur. Uşaqlar çətin vəziyyətə düşəndə, çıxış yolu tapa bilməyəndə bütün problemlərin səbəbini valideynlərdə görür və aqressiyanı onlara yönəldirlər  “Arzularla imkanlar üst-üstə düşməyəndə deprivasiya yaranır, gənc özünü xoşbəxt hiss etmir. Bu frustrasiyanın əsas səbəbi kimi valideyni görür və aqressiya da məhz ona yönəlir”.

Sosioloq problemdən çıxış yollarına da toxunub. Onun fikrincə, ilk növbədə informasiya mühiti sağlamlaşdırılmalıdır:

 “Sosial şəbəkələrdə və internet resurslarında aqressiya yayan paylaşımlar yer almamalıdır. Psixologiyası hələ tam formalaşmamış uşaq və yeniyetmələr bu cür məzmundan ciddi şəkildə təsirlənirlər. Məktəb, media və sosial şəbəkələr sağlam olmalıdır ki, uşaqlar aqressiv böyüməsinlər. Əks halda, bu aqressiyanın qurbanı yenə biz  cəmiyyət olaraq özümüz oluruq”.

Sona Əliyeva 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa