Vüqar Əhməd: “Çox əsəbiləşdim, üstümə təcili yardım gəldi”
“Məni necə əsəbiləşdiriblər ki, üstümə təcili yardım gəldi. Təzyiqim 170-ə qalxmışdı…”
Bu sözləri Yenicag.az-a açıqlamasında dünən saxlanılması ilə bağlı xəbər yayılan tanınmış şair Vüqar Əhməd deyib.
Şair bu xəbərdən sonra səhhətində ciddi problemlər yaşadığını bildirib:
“Hamı bilir, bu xəbəri kim yayır, kimin sifarişidir. Böyrəyimdə problem var, dünən də həkimdəydim, telefonu da uçuş rejiminə qoymuşdum.O şantaj xarekterli məlumatları yayan həmin o jurnalist Almaxanıma zəng edib ki, atan daha evə gəlməyəcək, getdi. Evdə də narahat olublar, həyəcan keçiriblər. Zəng etdilər ki, ata, hardasan, dedim, həkimdə. Baş verənlərdən çox əsəbiləşdim, üstümə təcili yardım gəldi. Təzyiqim 170-ə qalxmışdı. O qədər venama iynə vurublar ki… Xalqım, məmurlar, nazirlər sağ olsun, mənə görə çox narahat oldular. Bilməzdim, mənə qarşı bu qədər böyük sevgi, məhəbbət var, çox duyğulandım”.
Cəvahir












