AYNA, AYNA, söylə mənə... - Park edilmiş avtomobilə cərimə yazıldı - FOTO

media-hightechnic-468x90

“İşçiniz “park etməmiş” avtomobil kimi mənə cərimə yazıb”.

Yenicag.az xəbər verir ki, bu barədə Ağamməd Göyüşov sosial şəbəkə hesabında yazıb.

O, AYNA-nın haqsız olaraq cərimə yazdığından şikayətlənib. A. Göyüşovun sözlərinə görə, ondan həm parkinq haqqı çıxılıb, həm də cərimə yazılıb.

Belə ki, şikayətçi 13 dekabr tarixində 08:00-da Koroğlu Rəhimov küçəsində park edib, həmin o küçənin Həsən Əliyev küçəsi ilə kəsişməsində yerləşən restorana girib və parkinqi də orada aktiv edib:

“Avtomobili 08:00-da park etmişəm, 2 dəqiqə sonra parkinqi aktivləşdirmişəm. Sadəcə küçə fərqi var. 09:16-da parkinqi tərk etmişəm və 0.80 qəpik balansımdan çıxılıb. İş orasındadır ki, işçiniz “park etməmiş” avtomobil kimi mənə cərimə yazıb – saat 09:01-də. Həmin cərimə yazılan vaxtı avtomobilim yan küçədə parkinqdə olub”.media-whatsapp-image-2025-12-16-at-10-45-17-1 media-whatsapp-image-2025-12-16-at-10-45-17

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa