Nazir: "Xarici elmi jurnallarda məqaləsi çap olunmayan şəxs özünə alim deməyə utanmalıdır"
Xarici elmi jurnallarda məqaləsi çap olunmayan şəxs özünə alim deməyə utanmalıdır.
Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransının (NASCO XXVIII) açılış mərasimində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, son beş ildə heç bir elmi jurnalda məqaləsi çıxmayan şəxs utanmalıdır:
“Məqaləsi və istinadı olmayan şəxsin özünə alim deməsi ayıbdır. Amma yaxşı alimlərimiz də var”.
E.Əmrullayev vurğulayıb ki, alim adını qorumaq üçün yalançı alimlərdən uzaq tutmaq lazımdır:
“Elm adamlarının hamısı kimin necə alim olduğunu bilir. Bunu açıq şəkildə deməliyik. Layiq olmayan insanlara layiq olmadığı adları verməyin sonu yaxşı deyil”.












