!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabaha olan hava proqnozu

!Reklam – Yazi

Martın 6-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Yeniçağ.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 8-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Yeniçağ.Az

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv