Reklam

Reklam

Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Məhəbbət Qarabağlı vəfat edib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, Məhəbbət İsmayıl oğlu Qarabağlı uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, M.Qarabağlı 1941-ci il mayın 5-də Gürcüstan respublikasının Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan olub. İxtisasca müəllim olan M.Qarabağlı 1999-cu ildən 2005-ci ilə qədər Mingəçevir şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Bakı şəhər Baş Təhsil İdarəsinə rəisi, 2006-cı ildə yeni yaradılmış Bakı şəhər üzrə Təhsil İdarəsinin müdir müavini təyin edilib və uzun müddət bu vəzifədə çalışıb.

“Qızıl qələm” media mükafatı laureatıdır. Müxtəlif illərdə qurultaylara nümayəndə seçilib.

İki oğlu, bir qızı və altı nəvəsi var.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2990
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."