Sabir Rüstəmxanlı: “Bir milləti 5 ildə qoyun sürüsünə də çevirmək olar…”
Beynəlxalq Mətbuat Mərkəzində Vətəndaş Həmrəyliyi Partiyası və Dünya Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Güney Azərbaycan Milli Hökumətinin yaradılmasının 69-cu il dönümünə hərs olunmuş konfransda maraqlı fikirlər səslənib.
S.Rüstəmxanlı Güney Azərbaycanla bağlı məsələlərdə İranla bağlı ehtiyatlı siyasətdən qaynaqlanan soyuq münasibətin nəticəsi kimi mətbuatın və televiziyanın bu məsələləri lazımi səviyyədə işıqlandırmamasını dilə gətirdi.Və qeyd etdi ki, “Gəldiyim nəticə odur ki, bir milləti müəyyən bir ideoloji sistemin içərisinə salıb 5 ildə qoyun sürüsünə də çevirmək olar və yaxud əksinə başqa mübarizə yoluna salarsan onu 5-10 ildə dünyanın ən qəhrəman bir milləti də edə bilərsən…”
Tədbirə qatılan Müsavat başqanı Arif Hacılı söz alaraq Güney Azərbaycan məsələsinin millətimizin və dövlətimizin bütövlüyü yolunda əsas düyün nöqtə olduğunu,bütövlük məfkurəsinin gerçəkləşdirilməsinin xalqımız üçün tale yüklü vəzifəsi olduğunu söylədi.
AMEA-nın əməkdaşı, fəlsəfə elmləri doktoru Faiq Qəzənfəroğlu qeyd etdi ki, tariximizə keçmiş sovet psixologiyasından və yad ideologiyaların süzgəcindən qiymət verməyə artıq son verməliyik.
ADXP başqanı Pənah Hüseynli isə Güney Azərbaycan məsələsinin bütövlükdə Azərbaycan varlığının açarı adlandırdı.