Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabirabadda ağır qəza: Ölən və yaralananlar var

Sabirabadda baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yenicag.az-ın məlumatına görə, hadisə Bakı-Bəhramtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə “Daewoo Nexia” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb. Onun sıxılmış meyiti FHN əməkdaşları tərəfindən xüsusi avadanlıqların köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə zamanı yaralanan 3 nəfər Sabirabad xəstəxanasına, 1 nəfər isə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Ölən və xəsarət alanların şəxsiyyəti aydınlaşdırılır.

Faktla bağlı araşdırma aparılır./APA/

www.yenicag.az

5073