“Azərbaycan-İran münasibətləri yeni bir inkişaf mərhələsinə qədəm qoyub”

media-hightechnic-468x90

“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni nəfəs verib. Bizim və İrandakı həmkarlarımızın vəzifəsi bu əməkdaşlığı irəli aparmaqdır”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim” agentliyinə açıqlamasında deyib.

H.Hacıyev Azərbaycanla İran arasındakı münasibətlərin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib:

“İran İslam Respublikasının hörmətli Prezidenti Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfərindən sonra hörmətli Prezidentimiz cənab İlham Əliyev və onların baş-başa, birlikdə apardığı müzakirələr, nümayəndə heyətləri səviyyəsində aparılmış müzakirələr İran-Azərbaycan əlaqələrinin inkişafına yeni bir təkan, yeni bir nəfəs verib. Bundan çıxış edərək, bizim İrandan olan həmkarlarımızla qarşımızda olan vəzifə ondan ibarətdir ki, bu əlaqələri daha da irəliyə doğru aparaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600