Sabunçu sakinləri etiraz etdi
Sabunçu rayonunda təmir işlərinin aparılması sakinlərin yolunu bir az da uzadıb.
Sabunçu rayonu Elşən Mehdiyev küçəsinin sakinlərini bir araya yığan məsələ, vaxtı ikən dönmə əməliyatı apardıqları döngənin bağlanmasıdır. Onların sözlərinə görə, əvvəllər Maştağa-Zabrat istiqamətindən gələndə, Sabunçu dairəsinin üzərində inşa edilən körpünün altında yerləşən yoldan dönüb geriyə, əks istiqamətə getmək olurdu. Amma təmir işlərinə başlanan kimi, bu yolu bağlayıblar. Sakinlərə də bildirdilər ki, bununla əlaqədar yolda dəyişikliklər ediləcək. İndi onlar təmir işinin başa çatmasına baxmayaraq, yolun açılmamasından şikayət edir.
Məsələ ilə bağlı “Azəryolservis” ASC -ilə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, döngənin bağlanması ölkədə keçiriləcək 2015 Avropa Oyunları ilə bağlıdır. Çünkü həmin yolda gələcəkdə bir neçə istiqamətlərin salınması planlaşdırılır.
Qurum rəsmisi onu da bildirdi ki, qarşıya qoyulan tədbirlər planı başa çatdıqdan sonra, avtomobillərin intensivliyini nəzərə alıb məsələyə yenidən baxıla bilər.