Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabunçuda yataqxana binasında yanğın - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi (FHN) avqustun 9-da Sabunçu qəsəbəsində yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Çoxmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində baş verən hadisə nəticəsində ümumi sahəsi 30 kvadratmetr olan mənzil 25 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı altı sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

19:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Sabunçu rayonunun Sabunçu qəsəbəsində yataqxana binasında yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Loading...

www.yenicag.az

1648
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100