!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şadlıq sarayı karantin qaydalarını pozdu

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə toy mərasimində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilən karantin rejiminin pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Aytac” şadlıq sarayında keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Karantin rejimindən irəli gələn tələblər bir daha obyektin icraçı direktoru Zaur Kərimovun diqqətinə çatdırılıb və onun barəsində Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma başlanılıb.

www.yenicag.az

123
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100