“Sağ sektor” Poroşenkoya ultimatum verdi

media-hightechnic-468x90

34235Ukraynanın radikal “Sağ sektor” təşkilatının Pyotr Poroşenkonun prezident administrasiyası qarşısında aksiya keçirir.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, “Sağ sektor” bu dəfə Mukaçevo şəhərində baş verən son hadisələrlə bağlı fasiləsiz aksiya elan edib. Radikallar Ukrayna DİN başçısının və Zakarpatye vilayətinin daxili işlər nazirinin istefasını tələb edirlər.

Ukrayna mətbuatının məlumatına görə, “Sağ sektor” Poroşenkonun iqamətgahı qarşısında çadırlar qurmağa başlayıb.

Xatırladaq ki, 11 iyulda radikallar Zakarpatye vilayətinin yerli polisi və biznes strukturları ilə atışmışdı. Atışma nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanmışdı. Avtomat və qumbaraatanlardan atəş açan “Sağ sektor” üzvləri meşədə gizlənmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600