!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şagirdlərin yerdəyişməsi prosesi nə vaxtadək davam edəcək?

!Reklam – Yazi

2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi prosesi davam edir.

Bu barədə Yenicag.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses “sy.edu.az” elektron sistemi üzərindən aparılır və sentyabrın 5-i saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumtəhsil müəssisəsinə təqdim etməlidirlər.

Aşağıda adları qeyd edilmiş ümumtəhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək.

İmtahanla yerdəyişmə aparılan ümumtəhsil müəssisələrinin siyahısı:

1. Heydər Əliyev adına lisey;

2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. 132-134 nömrəli Təhsil Kompleksi;

4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

5. İlyas Əfəndiyev adına Elitar gimnaziya;

6. İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi;

7. “Zəngi” liseyi;

8. Bakı Avropa Liseyi;

9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

10. Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası;

11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.

Qeyd edək ki, “sy.edu.az” elektron sistemi II-IX və XI siniflər üçün avqustun 4-dən aktivdir, X siniflər üçün isə avqustun 15-i saat 11:00-dan etibarən aktivləşdiriləcək.

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv