!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şah İsmayıl türk, Sultan Səlim Yavuz isə fars dilində “Divan” qoyub gedib” - Zərdüşt Əlizadə

!Reklam – Yazi

“Şah İsmayılın tarixdəki rolunu kiçiltmək və ya ifrat dərəcədə şişirtmək doğru deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Şah İsmayıl Xətai şəxsiyyəti ətrafında yeni müzakirə dalğasının açılmasına münasibət bildirən politoloq-şərqşünas Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, Şah İsmayıl Xətaiyə yanaşmada ən böyük yanlışlıq onu öz dövründən “ayıraraq”, müasir kontekstdə dəyərləndirməkdir: “Şah İsmayıl orta əsrlərdə istər Avropa, istərsə də Asiyaya xas olan sülalə dövlətlərindən birinin banisidir. Sülalə dövləti anlayışı mütləq nəzərə alınmalıdır. Çünki beş yüz il əvvəl milli dövlət anlayışı yox idi. Avropanın özündə belə milli dövlət quruculuğu prosesi 1848-ci il Fransa burjua inqilabından sonra başlayıb.

Şah İsmayıl da öz dövrünün ağır şərtlərinə baxmayaraq, mərkəzi Azərbaycan olan Səfəvilər dövlətini qurdu. Ona bu işlərdə türkdilli tayfalarla yanaşı, qeyri-türklər də ciddi dəstək vermişdilər.

Nəticədə sərhədləri indiki Azərbaycan, İran, Əfqanıstan və başqa ölkələrə uzanan Səfəvi dövləti yaradıldı. Əlbəttə ki, Şah İsmayıl sülalə dövlətinin qurucusu olaraq, tarixdə çox görkəmli yer tutur, ona obyektiv qiymət verilməlidir. Türk dilində yazdığı şeirlərlə klassik poeziyamızın inkişafına təkan verib. Təsəvvür edin ki, Şah İsmayıl türk, Sultan Səlim Yavuz isə fars dilində “Divan” qoyub gedib.

İslam dinində parçalanmanı şiəliyin Səfəvilər dövlətində hakim dinə çevrilməsi ilə əlaqələndirmək absurddur. Çünki bu proses Şah İsmayıldan yeddi-səkkiz əsr əvvəl başlayıb. Şah İsmayıl sadəcə, şiəlikdən alternativ ideologiya olaraq, yararlanıb. Ümumiyyətlə, Şah İsmayılın tarixdəki rolunu kiçiltmək və ya ifrat dərəcədə şişirtmək doğru deyil”.

A.Zeynalov

www.yenicag.az

6131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv