Şahbaz Şərifin Moskva səfəri: Pərdəarxasında hansı planlar var?

media-hightechnic-468x90

“Pakistan Rusiya-Ukrayna münaqişəsində neytral mövqe sərgiləyir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

Politoloq Pakistanın Baş naziri Şahbaz Şərifin Rusiyaya gözlənilən səfərinin pərdəarxası məqamlarını şərh edib:

“Pakistanın Baş naziri Şahbaz Şərifin Rusiyaya planlaşdırılan səfərinin məhz Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı olduğunu düşünmürəm. Çünki həm Rusiya, həm də Pakistan üçün ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi daha prioritet məsələdir. Nəzərə almaq lazımdır ki, son illərdə Pakistan və Rusiya arasında siyasi təmaslar xeyli sıxlaşıb. Tərəfləri birləşdirən mühüm platformalar mövcuddur. Hər iki ölkə Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunur və bu təşkilat çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq genişlənir. Qeyd edim ki, hər iki dövlət üçün Avrasiya İqtisadi İttifaqı (Aİİ) böyük əhəmiyyət kəsb edir. Pakistan da bu ittifaqa qoşulmaq istəyini artıq dilə gətirib. Böyük ehtimalla, səfər zamanı ittifaqla Pakistan arasında əməkdaşlıq imkanları əsas müzakirə mövzusu olacaq. İki ölkə arasında siyasi münasibətlərlə yanaşı, digər sahələrdə də əlaqələr sürətlə inkişaf edir. Odur ki, müzakirə olunacaq məsələlərin dairəsi kifayət qədər genişdir. Bunu Pakistanın Rusiyadakı səfiri də öz açıqlamasında təsdiqləmişdi”.

“Şahbaz Şərif Moskvaya Rusiya-Ukrayna münaqişəsinin həlli üçün getmiş ola bilərmi?” sualına isə politoloq belə cavab verib:

“Hesab edirəm ki, burada Pakistanın ABŞ-İran münaqişəsinin tənzimlənməsindəki iştirakı ilə analogiya aparmaq düzgün olmazdı. Burada tam fərqli yanaşma mövcuddur. Prosesdə ABŞ-nin öz fəallığı müşahidə olunur. Düşünürəm ki, əgər vasitəçilik xidmətlərinə ehtiyac yaranarsa, elə ABŞ-nin özü bu problemi həll etməyə çalışar. Məsələn, sonuncu dəfə üçgünlük atəşkəsin elan olunmasında məhz ABŞ Prezidentinin vasitəçiliyi mühüm rol oynamışdı. Pakistan isə bu proseslərdə maksimum dərəcədə “kənar müşahidəçi” rolunda çıxış etməyə çalışır. Diqqət yetirsək görərik ki, Pakistan Rusiya-Ukrayna müharibəsi ilə bağlı heç vaxt tərəflərdən birini dəstəkləməyə və ya kəskin mövqe bildirməyə meylli olmayıb. Bu da bir daha sübut edir ki, rəsmi İslamabad müharibənin tənzimlənməsi prosesində fəal iştirakçı olmaq niyyətində deyil”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05