Şahbaz Xuduoğlunun ailəsindəki faciədən 40 gün ötür…- FOTO

media-hightechnic-468x90

dfsdfsfWSDWŞahbaz Xuduoğlunun həyat yoldaşının 40 mərasimi sabah keçiriləcək
“Qanun” Nəşrlər Evinin direktoru, jurnalist Şahbaz Xuduoğlunun ailə faciəsindən 40 gün ötür.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, onun həyat yoldaşı Könül Rüstəmxanlının yas mərasimi sabah jurnalistin yaşadığı ünvanda – Nəsimi rayonu, Füzuli küçəsi-73 ünvanında (Kapital bankın binasının həyətində) keçiriləcək.

Yas mərasimində qadınlar saat 14.00-dək, kişilər isə saat 14.00-dan sonra iştirak edə bilərlər.
Qeyd edək ki, faciə fevral ayının 11-də saat 15.30 radələrində Masallı-Yardımlı yolunda baş verib.

“Qanun” Nəşrlər Evinin sürücüsü Rafiq Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə maşında olan Şahbaz Xuduoğlunun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin, jurnalistin bacısı 1974-cü il təvəllüdlü Əliyeva İlahə Xudu qızı isə ciddi xəsarət alıb.

Hazırda o, evdə müalicəsini davam etdirir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05