Sahibə Qafarova TBMM sədrinə təbrik məktubu göndərdi

media-hightechnic-468x90

Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa Cümhuriyyət Bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb.

media-banner_tuq

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Sahibə Qafarova Mustafa Şentopu və onun simasında Türkiyə Böyük Millət Məclisinin üzvlərini, həmçinin qardaş Türk xalqını milli bayram – Türk Cümhuriyyətinin qurulmasının 98-ci ildönümü münasibətilə öz adından və Azərbaycan Respublikası Milli Məclisinin bütün üzvləri adından təbrik edib, daimi rifah, tərəqqi, sülh və əmin-amanlıq arzulayıb.

Milli Məclisin sədri tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da davamlı olaraq möhkəmlənəcəyinə və regionda təhlükəsizliyin, sülhün, sabitliyin təminatçısı olacağına əminliyini ifadə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05