Şahin Mustafayev Ermənistana səfər edə bilər
Yenicag.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə “Erməni Şurası” Analitik Mərkəzinin eksperti Narek Minasyan İrəvanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş dəyirmi masada aparılan müzakirələrin yekunları barədə danışarkən bildirib.
“Nəzərə alsaq ki, əvvəlki görüş Azərbaycan ərazisində olub, çox güman ki, növbəti görüş Ermənistanda keçiriləcək”, – o deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mher Qriqoryanın sədrliyi ilə komissiyaların sonuncu, 12-ci görüşü ötən il noyabrın 28-də Qəbələ keçirilib./qafqazinfo/













