!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şahin Seyidzadə: "Dövlət vətəndaşa onun öz qayğısına qaldığından daha çox qayğı göstərə bilməyəcək"

!Reklam – Yazi

“Son günlərin dinamikası göstərir ki, bütün tələblərimizə baxmayaraq, məsuliyyətsizlik göstərən bəzi insanlar elementar qaydalara riayət etmirlər”.

Bunu Gəncədə həkimlərlə görüşü zamanı Azərbaycanın Dövlət başçısı İlham Əliyev bildirib. Prezident həmçinin vurğulayıb ki, sözügedən qaydalar haqda yəqin ki, artıq min dəfə danışılıb.

“Bu qaydalar çox sadədir və onlara riayət etmək çox zəhmət tələb etmir – maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları infeksiyadan qoruyur. Əgər bunlara əməl etsəniz, yoluxmuş insanların sayı kəskin azalar. Amma biz nə görürük? Görürük ki, yumşaldıcı tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi şəkildə pozulur. Məhz bu səbəbdən də yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq etdik, çünki xəstələrin sayının və xəstələnmə dinamikasının artdığını gördük.

Vəziyyət belə davam etsə, səhiyyə sistemimiz buna tab gətirəbilməyəcək. Buna görə də bu həftənin əvvəlindən etibarən Bakıda və bir sıra digər şəhərlərdə daha sərt karantin rejimi tətbiq olunur. Bunun əsas və yeganə səbəbi bəzi insanların təəssüf ki, əsas qorunma qaydalarına əməl etməmələridir. Bu sərtləşdirilmiş rejimin nə qədər davam edəcəyini həyat və koronavirusun yayılma dinamikasıgöstərəcək”,- deyə Prezident bildirib.

1news.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib ki, bu gün Azərbaycan və Azərbaycan cəmiyyəti bütün dünyanın üzləşdiyi qlobal pandemiya böhranını yaşayır. “Amma Azərbaycan dövlətinin pandemiyaya göstərdiyi reaksiya və gördüyü tədbirlər haqqında danışırıqsa, qeyd etməliyik ki, birinci mərhələdə infeksiyanın inkişaf sürətini yavaşlatmağa imkan verən bütün vasitələr və tədbirlər, müəyyən qaydalar tətbiq olundu,ikinci mərhələdə isə bütün bu göstəriciləri nəzərə alaraq, karantini yüngülləşdirmək istiqamətində kiçik bir addım atıldı”,- deyə deputat qeyd edib.

Amma Ş. Seyidzadənin fikrincə, sonradan bu liberallaşmanın zamanı və nəticələri cəmiyyətin Operativ Qərargahın və ÜST-nın verdiyi tövsiyələrə adekvat reaksiya vermədiyini sərgilədi.

“Təəssüflə qeyd etməliyəm ki, karantinin yumşaldılması yenidən onun sərtləşdirilməsinə səbəb oldu”,- deyə o bildirib. Millət vəkili qeyd edib ki, dövlət əlindən gələni edir, qabaqlayıcı tədbirlər görüb və gözlənilən böhran situasiyalarına hazırlaşıb. Amma elə bir an gəlib çata bilər ki, koronaviruslu xəstələrin müalicəsi üçün kifayət qədər xəstəxana və çarpayı tapılmaz . Buna görə dəsual yaranır: cəmiyyət və hər bir vətəndaş ayrı-ayrılıqda nə etməlidir?

“Dövlət buna məsuliyyətlə yanaşırsa, demək vətəndaşın da müəyyən öhdəlikləri var. Operativ qərargahın müyyən etdiyi qaydalara, verdiyi tövsiyələrə əməl edilməsi vacibdir. Dövlət vətəndaşların sağlamlığının, genofondun qorunması və heç bir vətəndaşın qayğıdan kənar qalmaması üçüçnəlindən gələni edir. Amma dövlət bir vətəndaşa onun öz qayğısına qaldığından daha çox qayğı göstərə bilməz. Dediyim odur ki, vətəndaş özünün və ailə üvlərinin qeydinə yetərincə qala bilməsə, dövlət də bu mədsələdə aciz qalacaq.

Şahin Seyidzadə qeyd edib ki, pandemiya ilə bağlı aşırı emosiyalar yersizdir, vacib olan dövlət tərəfindən müəyyən olunan qaydalara ciddi riayət etməkdir. “Öz qeydinə qalmayan vətəndaş cərimə ödəməli olacaq. Bu cərimələr yalnız bilərəkdən və ya bilmədən qaydaları pozan vətəndaşlara narahat etməlidir. Məsuliyyətsiz vətəndaşların cərimə lənməsində yeganə məqsəd insanların və hər bir vətəndaşın sağlamlığını qorumaqdır “,-deyə Şahin Seyidzadə vurğulayıb.

Millət vəkili hər bir vətəndaşa, xüsusilə də ailəsinə və yaxınlarına görə məsuliyyət daşıyan şəxslərə müraciət edərək, onlardan ən sadə qaydalara riayət etməyi, özlərini və sevdiklərini infeksiyadan qorumağı xahiş edib. (1news.az)

www.yenicag.az

779
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv