Salyanda ağır yol qəzası baş verdi

media-hightechnic-468x90

1388119418avariyaYaralılardan biri xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Dayıkənd kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyanın Dayıkənd kənd sakini, 46 yaşlı Abış Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən Cəlilabad sakini, 55 yaşlı Oqtay Nəsirovun idarə etdiyi eyni markalı minik maşını ilə qarşı-qarşıya toqquşub. Hadisə zamanı avtomobillərin sürücüləri və Dayıkənd kənd sakini, 27 yaşlı Elnur Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa