“SAM” hara baxır?-Erməni yazara etiraz

media-hightechnic-468x90

big_1415079127_fazilTürkiyədə erməniəsilli jurnalist Aris Nalçı rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə gedərək hazırladığı reportajda işğal altndakı torpaqları “DQR” kimi təqdim edib. Türkiyə mətbuatında yer alan bu məqaləyə rəsmi Bakıdan hələlik bir reaksiya verilməsə də millət vəkilləri, ictimaiyyət nümayəndələri etiraz səsini ucaldıb.

Millət vəkli Sabir Rüstəmxanlının sözlərinə görə, adıçəkilən müəllifin məqaləsi ciddi jurnalist araşdırmasından daha çox küpəgirən qarıların dedi-qodusuna bənzəyir: “Sanki bu adam göydən düşüb, son 20 ildə Dağlıq Qarabağ ətrafında baş verənlərdən xəbərsizdir, 1 milyondan artıq qaçqın və məcburi köçkündən məlumatlı deyil. Belə yazılarla ancaq sadəlövhləri aldatmaq olar. Əslində bu, ermənilərn köhnə siyasətidir, özlərini cəllad ola-ola məzlum kimi təqdim edirlər. Müəllif yazır ki, Qarabağda 140 min adam var, onlardan da 25 mini əsgərdir, onlar da öz evlərini qoruyurlar. Sual olunur ki, Ermənistandan qovulan 250 min azərbaycanlının, Qarabağda ev-eşiyini itirən 800 mindən çox azərbaycanlının haqqını kim qoruyacaq? Onların öz evlərini qorumaq haqqı yoxdurmu? Bu sualı ermənilərə verən yoxdur. Ermənilər gələn il qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşır, 300 min erməninin öldürüldüyünü iddia edirlər. 21-ci sərin əvvəllərində Xocalıda törədilən soyqırımı isə unutdurmağa çalışırlar. Bir çox ölkələr artıq Xocalı soyqırımını tanıyıb. Dünya artıq erməni yalanını bilir, sadəcə qondarma soyqırımı Türkiyəyə təsir vasitəsidir”.

Erməni müəllifin Qarabağla Kobanini eyniləşdirmək cəhdinin də uğursuz olduğunu bildirən S.Rüstəmxanlı “Erməni terroru ilə PKK terroru arasında ciddi fərq yoxdur. Niyyəti nə olursa olsun terrora haqq qazandırmaq olmaz. Kürdlərin dövlət qurmaq istəyi ilə ermənilərin Dağlı Qarabağ istəyi tamamilə fərqlidir. Ermənilər Azərbaycan torpaqları hesabına artıq bir dəfə bu niyyətlərini həyata keçiriblər, ikinci dəfə buna nə beynəlxalq hüquq, nə də Azərbaycan xalqı imkan verməyəcək” deyə vurğulayıb.

Millət vəkili Fazil Mustafa isə bu məsələlərlə bağlı dövlət orqanlarının çevik işləməməsindən narazıdır: “Belə məsələlərə dərhal və lazımi səviyyədə münasibət bildirilməli, reaksiya verilməlidir. Təəssüf ki, biz indiki şəraitdə bunu görə bilmirik”.

Bununla yanaşı məsələlərə fərqli yanaşmanın olduğunu deyən F.Mistafa diqqəti problemin həlli üçün daha çox ordu quruculuğuna yönəldilməsinin vacibliyinə çəkib: “Çalışaq torpaqlarımızı azad edək. Amma həm də Türkiyədə Azərbaycan nöqteyi-nəzərdən ictimai rəyin bizim xeyrimizə olması üçün bütün addımların atılması vacibdir. Türkiyə ictimaiyyəti Azərbaycanla bağlı həqiqətləri bilməlidir ki, hansısa bir yazı ilə onların fikirlərinin dəyişməsin”.

Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı isə bildirib ki, ermənilərə məxsus “Aqos” qəzetində yer alan məqaləyə ictimai reaksiya verilməlidir: “Həmin qəzetdə Arzu Qeybullayeva adlı jurnalist Azərbaycanın əleyhinə yazır, zaman-zaman Azərbaycanla bağlı narahatlıq yaradan materiallar dərc olunur. Bunlar türk düşmənləridir. Ancaq təəssüf ki, milli düşüncəli şəxslərdən hələ ki, ictimai təpki görmürük. Türkiyədə yaşayan çox sayda azərbaycanlı var. Ancaq onlar bu məsələlərlə bağlı danışmaq istəmirlər, yəqin düşünürlər ki, bu, Türkiyə hökumətinin xoşuna gəlməz. Bir erməni İrəvandan Qarabağa gedir, başqa bir erməni Baş nazir müşaviri olur, ancaq bir kimsənin səsi çıxmır. Əgər bir erməni Baş nazirin müşaviri olursa, o zaman ədalət naminə bir azərbaycanlı da belə bir posta təyin edilsin”.

Azərbaycanda bu məsələ ilə bağlı reaksiyanın zəif olmasından narahatlığını ifadə edən T.Rüstəmxanlı dövlət qurumları və mətbuatın məsələyə daha ciddi və tez reaksiyasını vacib hesab edib: “Prezident yanında Strateji Araşdırmalar Mərkəzi niyə bu məsələlərə cavab vermir, ictimai rəy təşkil etmir? PKK olaylarında Azərbaycan Türkiyənin yanında olub və bundan sonra da belə olacaq. Ancaq mən düşünürəm ki, Türkiyədəki Azərbaycan dərnəkləri bu şəxsi məhkəməyə verməli, Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirməlidir. Ölkə başçısı fəaliyyət üçün kifayət qədər imkan yaradır, ancaq nədənsə bəzi qurumlar bu məsələlərlə məşğul olmaq istəmirlər”(interpress).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600