!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şamaxıda QƏZA: Avtomobil dərəyə aşdı

!Reklam – Yazi

Şamaxı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Acıdərə kəndində qeydə alınıb.

Hərəkətdə olan “Niva” markalı avtomobil idarəetməni itirərək dərəyə aşıb. Hadisə yerində ağır bədən xəsarətləri alan sərnişin 1993-cü il təvəllüdlü Məsimov Fərhad Faiq oğlu təcili yardım briqadasının köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona fəqərə sütununun sınığı və onurğa beyninin qapalı travması diaqnozları qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv