Şamaxıda üç “SHACMAN” toqquşub

media-hightechnic-468x90

ıBakı-Şamaxı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Şamaxı yolunun 105-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. “SHACMAN” markalı yük avtomobili ilə “Honda” markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü dünyasını dəyişib. Sürücünün cəsədini yanğınsöndürən-xilasedicilər müxtəlif alət və avadanlıqlardan istifadə etməklə avtomobildən çıxarıblar.Qəzaya “SHACMAN”ların ötüşməsi səbəb olub

Hadisə bu gün saat 15:00 radələrində yolun 105-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Salayev Ramil Camal oğlunun idarə etdiyi, özəl tikinti şirkətinə məxsus 90-NZ-480 dövlət nömrə nişanlı, “SHACMAN” markalı yük maşını ilə şirkətin digər yük maşını – Sumqayıt sakini, 1987-ci il təvəllüdlü Vüqar Orucovun idarə etdiyi 90-NZ-481 dövlət nömrə nişanlı, “SHACMAN” markalı maşınla ötüşərkən qarşı tərəfdən gələn digər bir yük avtomobilinin, Hacıqabul sakini 1984-cü il təvəllüdlü Cəbrayılov Misirxan Ağarza oğlunun idarə etdiyi 99-DT-878 dövlət nömrə nişanlı, “SHACMAN” markalı maşının yoluna çıxaraq onunla toqquşub. Sonra “SHACMAN” markalı maşınlardan biri yol ilə hərəkət edən 90-CV-982 dövlət nömrə nişanlı, “Honda CRV” markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində avtomobillərin 4-ü də əzilib. Hadisəni törədən “SHACMAN” markalı maşının sürücüsü Ramil Salayev müxtəlif dərəcəli bədən xəsarəti ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Honda CRV” markalı avtomobilin sürücüsü – 1963-cü il təvəllüdlü Tərtər rayon sakini İbrahimov Asif Yusif oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1963-cü il təvəllüdlü Tərtər rayon sakini İbrahimov Asif Yusif oğlunun

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600