Samuxda süni sututarında batan şəxsin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.