Sankt-Peterburqdan uçan AZAL təyyarəsindəki nasazlığın GÜNAHKARI KİMDİR?

media-hightechnic-468x90

“Təyyarəni yerə itkisiz eniş etdiyinə görə pilota təşəkkür düşür”.

media-elsad_musayev-1

Bu sözləri Yenicag.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib.

Deputat Sankt-Peterburq şəhərində nasazlıq səbəbindən yerə təcili eniş edən AZAL-a məxsus təyyarə ilə bağlı danışaraq qeyd edib ki, indidən kimisə günahlandırmaq tezdir:

“Bildiyimiz kimi AZAL-a məxsus olan təyyarə bu gün Sankt-Peterburq şəhərində məcburi eniş edib. Bu təyyarə qəzaları, təyyarədə baş verən nasazlıqlarla bağlı beynəlxalq standartlar var ki, buna uyğun tədqiqat aparılır. Ona görə də öncədən heç nə demək olmaz. AZAL-ın xeyli sayda yeni təyyarələri var, hesab edirəm ki, bu sahədə elə də ciddi problem olmamalıdır. Allaha şükür olsun ki, hər hansı bir ölüm hadisəsi olmayıb. Pilota da təşəkkür düşür ki, peşəkarcasına davranaraq təyyarəni sağ-salamat yerə endirə bilib, insan itkisinə yol verməyib”.

Musayev araşdırmaların nəticələri açıqlandıqdan sonra günahın kimdə olması haqqında danışmağın daha düzgün olduğunu qeyd edib:

“Düşünürəm bununla bağlı araşdırmalar aparılacaq. Araşdırmadan sonra konkret nəsə demək olar. İndidən AZAL-ı ya pilotu günahlandırmaq doğru deyil. Burada sadəcə pilota təşəkkür düşür, nasazlığın səbəbləri isə araşdırılmalıdır”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa