Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistandakı AES-in fəaliyyətinin uzadılması məsələsini müzakirə edib.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, görüş zamanı Ermənistan-Rusiya enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Sanosyan və Kopırkin regionlararası əməkdaşlıq mövzusuna da toxunub.
www.yenicag.az