Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sarımsaq koronavirusla mübarizə aparmır - Pediatrdan ŞOK AÇIQLAMA

Koronavirusla bağlı panika, təşviş və sosial şəbəkələrdə yayılan mesajlar, səslər insanlarda stress yaradır. Stress vəziyyətində qanda stress hormonu yüksəlir, nəticədə immunitet zəifləyir.

Bu sözləri pediatr Aytən İsmayılzadə bildirib. O, stressdən uzaq durmağı virusdan müdafiədə birinci profilaktik tədbir hesab edir.

Həkim sarımsaqla koronavirusdan qorunmaq barədə yayılan məlumatlara da özünəməxsus aydınlıq gətirib:

“Sarımsağı bol- bol yemək virusla mubarizədə effektli deyil. Əksinə, sarımsaq antibiotik kimi təsir edir, artıq miqdarda yedikdə bağırsaqda faydalı mikrofloranı öldürür, mikrobiom zəiflədiyində immunitet də düşür.

İmmunitet dərmanlarını istifadə edib immuniteti aktiv saxladığınızı düşünmək də səhvdir. Bu tip bitkilər leykositlərin interferon hasiletmə gücünü artırır, amma bu immunitetin “yorulmasına”, “tükənməsinə” gətirir. Genetik olaraq kim hansı immunitet gücünə sahibdirsə, onunla yaşayır, onunla da döyüşür. Bizə düşən onu aktiv etmək deyil, zəifləməkdən qorumaqdır.

Buna görə də:

–sağlam qidalanaq
–şəkər az yeyək
— meyvə tərəvəzi öldürmədən yeyək

–trans yağlar, marqarini bədənimizə az daxil edək
–probiotik qəbul edək
–antibiotikdən uzaq olaq

–təmiz havada olaq
–üşüməyək, soyuq almayaq”, – deyə pediatr qeyd edib.

Loading...

www.yenicag.az

463
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100