!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Sarısu gölünə balıq körpələri buraxıldı

!Reklam – Yazi

Biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı İmişli rayonunda keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Yenicag.az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İmişli rayon İcra Hakimiyyətinin  və Azərbaycan Balıqçılar İttifaqının nümayəndələrinin iştirakı ilə İmişli rayonunda yerləşən Sarısu gölünə 200 000 ədəd çəkikimi balıq körpəsi buraxılıb.

Xidmət rəisi balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxsləri qadağan olunmuş üsullarla balıq ovlamamağa, qaydalara əməl etməyə, vətəndaşları isə məsuliyyətli balıq ovlanmasının təbliğinə dəstək verməyə çağırıb.

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv