!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sarkisyanla bağlı şok iddia

!Reklam – Yazi

89076“Ermənistan prezidenti qanunsuz silah satışı aparır”.

Yenicag.az xəbər verir ki, bu bəyanatla Helsinki Vətəndaş Assambleyası Vanadzor Ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakuns çıxış edib.

A. Sakuns Ermənistan rəhbərliyi tərəfindən Gürcüstana silah satışının həyata keçirildiyini açıqlayıb. O bildirib ki, qanunsuz silah satışında bir nəfər günahkar tanınıb – Vanik Manukyan. Onun məhkəmə iclası da qapalı və sürətlə keçirilib. Vəzifəli şəxslər barədə təqiblərin həyata keçirilmədiyini bildirən A. Sakuns onların öz vəzifələrində qaldıqlarını vurğulayıb.

O bu prosesdə Ermənistan Daxili Qoşunlarının keçmiş komandanı Qareqin Qabrielyanın, Ermənistan Polisinin rəis müavini Ovanes Unanyanın, müdafiə nazirinin müavini Alik Mirzəbekyanın, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Departamentinin Texniki Silahlanma İdarəsinin rəisi Serob Abramyanın iştirak etdiklərini bildirib.

“Onlar bu silahları Gürcüstana satıb böyük gəlir əldə etdilər. Bir nəfər Ermənistandan o qədər silahı çıxarmağı necə bacardı? Bu işdə iştirak edən müdafiə nazirinin müavini Alik Mirzəbekyan məsuliyyətə cəlb edilmədi, əksinə yeni vəzifə aldı. İndi o, Baş Qərargahın rəis müavinidir”, – deyə Sakuns vurğulayıb.

Hüquq müdafiəçisi bütün bunların Ermənistan prezidenti Serj Sarkisyana bağlı olduğunu deyib. O qeyd edib ki, korrupsiya cinayət işləri üzrə cəlb edilmiş insanlar öz vəzifələrində qalırlar, vəziyyət bu qaydada da davam edəcək:

“Nizamnamə münasibətlərinin pozulmasının səbəbi bundan ibarətdir. Korrupsiyanın xaç atası – Ali Baş komandan onları himayə edir. Bizi isə vətən xaini adlandırırlar. İndii vətən xaini kimdir? Kim qonşu ölkələrə silah satışını reallaşdırır? Biz bilmirik, məhz bu silahlar Gürcüstandan hara gedəcək – Azərbaycana, yoxsa Türkiyəyə…”

www.yenicag.az

656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv