Şarl Mişeldən Azərbaycanın erməni hərbçiləri təhvil verməsi ilə bağlı paylaşım

media-hightechnic-468x90

“Azərbaycan və Ermənistanın humanitar jestlərini – saxlanılanların azad edilməsi və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayıram”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu, iki ölkə arasında etimadın bərpası istiqamətində atılan ilk addımdır: “Avropa İttifaqı bu prosesi dəstəkləyib və irəliləyişin əldə olunması üçün köməyini təklif etməkdə davam edəcək”.

Qeyd edək ki, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05