Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Savadsızlığa açılan daha bir PƏNCƏRƏ - "Bundan imtina edilməməlidir" - Təhsil eksperti

“Abituriyentlərin buraxılış imtahanından azad olunması ilə bağlı güzəşt savadlı kadrların yetişməsinə mane ola bilər”.

Bu sözləri baş nazir Əli Əsədovun qərarına əsasən, bu il ali və orta ixtisas təhsili üzrə məzunların dövlət imtahanından azad olunmasına münasibət bildirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, tələbələrin az qismi dövlət imtahanının keçirilməsinin tərəfdarı olduğu halda, digər qisim ortalama balının yazılmasının tərəfdarıdır:

“Ötən tədris ilinin sonlarına doğru pandemiya başladı və artıq 1 ildən çoxdur ki, universitetlərdə dərslər onlayn olaraq davam edir. Ötən tədris ilində təhsil sistemimiz distant tədris formasına hazır olmadığı üçün çətinlik yaşandı. Buna görə də verilən qərara əsasən tələbələr dövlət imtahanından azad olunub və ortalama müvəffəqiyyət balı nəzərə alınır. Onu da qeyd edim ki, bu ilin birinci semestrində müharibə zamanı internet problemi yaşansa da, ikinci semestrdə onlayn tədrisin tətbiqi ilə müəllim və tələbə heyəti çətinliklər yaşamayıb. Doğrudur, Azərbaycan təhsil sistemində imtahanlar saysız dərəcədə çoxdur. Çünki nəticə əldə etmək üçün ən rahat yol imtahanın olduğu hesab olunur. Lakin nəzərə almaq lazımdır ki, imtahan tələbələr üçün çətin olduğu kimi, müəllimlər üçün də çətindir. Sualları hazırlamaq, cavabları tək-tək yoxlamaq kifayət qədər zaman aparır və yorucu işdir. Çox təəssüf ki, hələlik alternativ bir variantımız yoxdur. Daha doğrusu, qısa zamanda keçid etməyimiz müəyyən səbəbdən alınmır”.

Ali və orta ixtisas təhsili üzrə məzunların dövlət imtahanından azad olunması ilə bağlı qərara yanaşmanın birmənalı olmadığını qeyd edən Adil Vəliyev bildirib ki, əksər müəllimlər də tələbələrin dövlət imtahanında iştirakının tərəfdarı idilər:

“Çünki müəllimlər ilboyu verdikləri təhsilin, məlumatın nəticəsini öyrənmək istəyirdilər. Mən də həmkarlarımla həmfikirəm və düşünürəm ki, bu halda abituriyentlər də düşünə bilər ki, onlar da ilboyu oxuyub aldıqları attestat qiymətləri ilə bu il universitetə qəbul olsunlar və heç bir imtahanda iştirak etməsinlər. Təhsildə güzəşt olmaz. Necə ki, Tibb Universiteti, Memarlıq və İnşaat Universitetində bəzi ixtisaslarda yeni qərar tətbiq olunmadı. Bu, bütün tələbələr üçün keçərli olmalı idi. Bizə savadlı həkim lazım olduğu kimi, savadlı mühəndis, müəllim də lazımdır”.

Qeyd edək ki, qərar ölkənin ali təhsil müəssisələrində təhsil alan 167 min bakalavrdan son kursda oxuyan 44 min məzuna şamil olunacaq.

Gülşən Şərif

www.yenicag.az

328
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100