Saxalin sahillərində zəlzələ

Saxalin sahillərində 4.0 bal gücündə zəlzələ qeydə alınıb.

Yenicag.az-ın məlumatına görə, 4.0 bal gücündə zəlzələ şənbə günü yerli vaxtla 7.46-da qeydə alınıb.

Zəlzələsinin episentri Tatar boğazında, Uqleqorsk şəhərindən 45 kilometr qərbdə Saxalində, ocağı isə 11 kilometr dərinlikdə yerləşib.

Uqleqorsk şəhərinin sakinləri yeraltı təkanları hiss etsələrdə dağıntı və tələfat yoxdur.