Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Səbaildə PANDEMİYA BAZARI: Yol çəkilişi üçün sakinlərdən 20 min manat tələb olunur? – FOTOLAR

Səbail rayonu Badamdar qəsəbəsindəki üçüncü massivin yolları bərbad vəziyyətdədir.

Həmin ərazidə yaşayan sakinlərin Yenicag.az-a verdiyi məlumata görə, massivə kanalizasiya xətlərinin çəkilişi zamanı dağıdılan yollar hələ də bərpa olunmayıb.

Sakinlər bildirirlər ki, yağışdan sonra palçığın dizə çıxdığı yolda nəinki piyadaların, hətta nəqliyyat vasitələrinin də hərəkət etməsi mümkünsüz olmur.

Onların sözlərinə görə, problemin aradan qalxmamamasının səbəbi Səbail Rayon İcra Hakimiyyətinin yolları düzəltmək üçün sakinlərdən pul tələb etməsidir. Yerli məmurlar bu qanunsuz gəlir həvəsinə o qədər aludə olublar ki, onların rüşvət tələbinə etiraz bildirən sakinlərə “Onsuz da dövlətin başı pandemiyaya qarışıb”, – deyə saymazlıq göstərməkdən də çəkinmirlər.

Sakinlərin sözlərinə görə, icra hakimiyyəti üçüncü massivin yollarını “varlı-kasıb” ayrıseçkiliyi əsasında inşa və ya təmir edir. Nəticə imkanlı sakinlərin məskunlaşdığı küçələr asfaltlansa da, imkansızlar istidə toz-torpaqlı, yağışda isə palçıqlı küçələrdə yaşamağa məcbur edilir.

Rayon İcra Hakimiyyəti Badamdar qəsəbəsi üçüncü massivdəki 38-ci küçəyə asfalt çəkmək üçün daha da irəli gedərək, “ənənəvi üsul”a əl atıb. Sakinlər bildirirlər ki, rayon məmurları həmin küçənin asfaltlanması üçün onlardan 20 min manat pul tələb edirlər.

Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq, sakinlərin bu iddiasını dəqiqləşdirmək cəhdlərimiz nəticəsiz qaldı. Bununla belə, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Səxavət Məmməd

www.yenicag.az

1676